title
Hamilə şəxlər COVID-19 infeksiyasına yoluxma yüksək riski altındadırlarmı?
Mövcud olan məlumatlara əsasən, elə bir
sübut yoxdur ki, hamilə qadınların əhalinin başqa hissəsindən fərqli olaraq daha
çox risk altında olmasını sübut etsin.
Ancaq hamiləlik zamanı qadınların orqanizmində cərəyan edən imun sistəmində olan
dəyişiklikləri nəzərə alsaq, bilirik ki, onlar bəzi tənəffüs infeksiyalarına
qarşı daha zəifdirlər. Buna görə də onlar COVID-19
infeksiyasından özlərini qorumaq üçün xüsusi ilə ehtiyatlı
olmalıdırlar və yüksək temperatur, öskürək və nəfəs alma çətinliyi kimi infeksiya
simptomları olar sa, həkimə vaxtında müraciyyət etməlidirlər.
Ümumdünya Səhiyyə
Təşkilatı məlumatların analizinə və müşahidələrə davam edir; Yeni sübutlara müvafiq olaraq tövsiyyələr də yenilənəcək.
Mən hamiləyəm, COVID-19
infeksiyasına
yoluxmadan özümü necə qoruya bilərəm?
Hamilə qadın yoluxmadan özünü qorumaq üçün, əhalinin qalan hissəsinin də
istifadə etdiyi tədbirlərə müraciyyət etməlidir. Yəni:
·
Əllərinizi sabun və su ilə tez-tez yuyun və ya
spirt tərkibli maye ilə təmizləyin
·
Ətrafınızda
olan insanlarla 2 metrlik məsafə (distansiya) saxlayın
·
Əlinizi burnunuza, göz və ağız nahiyyələrinizə
vurmaqdan çəkinin
·
Tənəffüs higiyena qaydalarını qoruyun: asqırma
və öskürmə zamanı ağıznızı qolunuzla qapayın və ya
bir dəfəlik dəsmallardan istifadə edin; Əgər yüksək temperaturunız varsa, öskürsəniz
və ya nəfəs alarkən çətinliyiniz varsa təcili şəkildə tibbi yardım xidmətlərinə
müraciyyət edin, öncədən zəng vurun və yerli səhiyyə təşkilatlarının tövsiyyələrinə
riyayət edin
·
Hamilə və hamiləlik yatağında olan qadınlar, eyni zamanda COVID-19-a yoluxanlar
öz vəziyyətlərinə müvafiq olaraq planlı şəkildə tibbi
xidmətdən keçməlidirlər.
Hamilə qadınların COVID-19-a yoluxmasını müəyyən etmək üçün testdən
keçməlidirlərmi?
Bütün başqa əhali kimi, hamilələr də milli protokola müvafiq olaraq testdən
keçirlər.
COVID-19 virusu
anadan bətnində olan uşağa və ya yeni
dünyaya gəlmiş uşaqa keçə bilərmi?
Hal hazırda
hamilə qadından hamiləlik zamanı və ya doğuş zamanı
virusun bətndə olan və ya yeni dünyaya gəlmiş uşağa keçməsi təsdiq edən
sübutlar mövcud deyil. Ancaq hazırki etapda virus amniotik maye və ana südü
nümunələrində aşkar edilməyib.
Hamiləlik və doğuş zamanı hansı növ tibbi tədbirlər görülməlidir?
Bütün hamilə qadınlar, eyni zamanda koronavirusa yoluxmasına şübhə edilən və ya
yoluxması təsdiq olunmuş qadınlar, hamiləlik və yataq dövrü zamanı yüksək
keyfiyyətli tibbi xidmət almaq hüququndan yararlanırlar. Bura daxildir antenatal, prenatal,
postnatal qayğı və psixiki sağlamlığın qayğısına qalmaq.
Hamiləlik zamanı yüksək keyfiyyətli tibbi xidmətin
təklif olunması aşağıdakıları nəzərdə tutur:
·
Ləyaqətlə və hörmətlə
davranış göstərməyi
·
Doğuş zamanı yanında
olan şəxsi
seçmək hüququnu
·
Tibbi heyyətlə yaxşı münasibət qurmağı
·
Ağrının idarə edilməsi standartlarının təmin edilməsini
·
Uşağın dünyaya gətirilməsi metodunun və uşağın doğum yerinin seçilməsi imkanının
olmasını
Əgər
COVID-19-a yoluxma
təsdiq olunursa, bu halda tibb işçiləri təhlükəsizlik
üçün ölçülər götürməlidirlər ki, özlərinin və başqalarının yoluxma riskini
azaldsınlar.
COVID-19
virusuna yoluxması şübhə edilən və ya yoluxduğu sübut edilən hamilə qadınlara qeysəriyə əməliyyatı
olunmaq lazımdırmı?
Yox, Ümumdünya
Səhiyyə
Təşkilatının tövsiyyələrinə əsasən qeysəriyə əməliyyatı sadəcə tibbi göstəricidən irəli gələrək
edilə bilər.
Doğum metodu mamalıq
həkiminin göstərişləri ilə birlikdə
fərdi olaraq və qadının
sağlamlıq vəziyyətinə uyğun olaraq seçilməlidir.
COVID-19-a
yoluxmuş olan qadın uşağı döşü ilə qidalandıra bilərmi?
Bəli, COVID-19-a yoluxan
qadın uşağı döşü ilə qidalandıra bilər. Onlar:
·
Şəxsi higiyenalarını
qorumalıdırlar, vacib olan yerlərdə maska taxmalıdırlar
·
Uşağa toxunana qədər və
toxunduqdan sonra əllərini yumalıdırlar
·
Toxunduqları yerləri
mütamadi olaraq təmizləməlidirlər və dezinfeksiya etməlidirlər
COVID-19-a yoluxmuş olan ana yeni doğulan
uşağa toxuna bilərmi və ya əlinə ala bilərmi?
Bəli. Yaxın münasibət və ilkin, ekskluziv doşlə uşağın qidalanması onun inkişaf etməsinə
təkan verir. Siz aşağıdakıları təmin etməlisiniz (qorumalısınız):
·
Şəxsi higiyenanı qorumaqla
təhllükəsiz olaraq əmizdirmə
·
Yenidoğulmuşun dərisinin ananın dərisi ilə kontaktı
·
Yeni dünyaya gəlmiş
uşaq sizin yaxınlığınızda olsun, eyni otaqda
Körpəyə
toxunmadən əvvəl və sonra əllərinizi yuyun. Toxunan səthləri
mütamadi olaraq təmizləyin və dezinfeksiya edin.
COVID-19-a yoluxmuşam və özümü çox piss
hiss edirəm, uşağı döşümlə qidalandırmağım üçün nə etməliyəm?
Ana südü yeni dünayaya gələn uşaqların əksəriyyəti üçün ən yaxşı qida
hesab edilir. Belə ki, COVID-19
haqqında bizim üçün çox şey məlum deyil, ancaq ana ailə üzvləri və/ya ailə həkimi
ilə razılaşaraq, onunla əlaqədə olaraq uşağı döşlə qidalandırmağa necə başlaya
biləcəyini və ya qidalandırmağa necə davam edəcəyini müəyyən etməlidir. COVID-19-a yoluxması sübut olunan və ya şübhə edilən ana təhlükəsizlik üçün xüsusi
ölçülər götürməlidir ki, öz körpəsinə yoluxmasının qarşısını alsın, bu aşağıdakı
ölçülərdır: uşağa toxunana qədər və uşağı döşlə qidalandırma zamanı maska
taxmaq. Əgər uşağa süd sağılaraq içirdilirsə bu halda süd sağılmamışdan qabaq əl
yuyulmalıdır; Əgər sağmaq üçün xüsusi alətdən istifadə edirsə bu halda həmin alət
sağmadan öncə və sonra yaxşıca yuyulmalıdır. Əgər köməkçi kimsə varsa,bu halda
sağılmış südlə uşağı qidalandırmağı ona tapşırsın.