Logo

Suallar və cavablar - COVID-19 və hamiləlik, doğuş, laktasiya

title

Hamilə şəxlər  COVID-19 infeksiyasına yoluxma yüksək riski altındadırlarmı?

Mövcud olan məlumatlara əsasən, elə bir sübut yoxdur ki, hamilə qadınların əhalinin başqa hissəsindən fərqli olaraq daha çox risk altında olmasını sübut etsin.

Ancaq hamiləlik zamanı qadınların orqanizmində cərəyan edən imun sistəmində olan dəyişiklikləri nəzərə alsaq, bilirik ki, onlar bəzi tənəffüs infeksiyalarına qarşı daha zəifdirlər. Buna görə də onlar COVID-19 infeksiyasından özlərini qorumaq üçün xüsusi ilə ehtiyatlı olmalıdırlar və yüksək temperatur, öskürək və nəfəs alma çətinliyi kimi infeksiya simptomları olar sa, həkimə vaxtında müraciyyət etməlidirlər.

Ümumdünya Səhiyyə Təşkilatı məlumatların analizinə və müşahidələrə davam edir; Yeni sübutlara müvafiq olaraq tövsiyyələr də yenilənəcək.

 

Mən hamiləyəm, COVID-19 infeksiyasına yoluxmadan özümü necə qoruya bilərəm?

Hamilə qadın yoluxmadan özünü qorumaq üçün, əhalinin qalan hissəsinin də istifadə etdiyi tədbirlərə müraciyyət etməlidir. Yəni:

·         Əllərinizi sabun və su ilə tez-tez yuyun və ya spirt tərkibli maye ilə təmizləyin

·         Ətrafınızda olan insanlarla 2 metrlik məsafə (distansiya) saxlayın

·         Əlinizi burnunuza, göz və ağız nahiyyələrinizə vurmaqdan çəkinin

·         Tənəffüs higiyena qaydalarını qoruyun: asqırma və öskürmə zamanı ağıznızı qolunuzla qapayın və ya bir dəfəlik dəsmallardan istifadə edin; Əgər yüksək temperaturunız varsa, öskürsəniz və ya nəfəs alarkən çətinliyiniz varsa təcili şəkildə tibbi yardım xidmətlərinə müraciyyət edin, öncədən zəng vurun və yerli səhiyyə təşkilatlarının tövsiyyələrinə riyayət edin

·         Hamilə və hamiləlik yatağında olan qadınlar, eyni zamanda COVID-19-a yoluxanlar öz vəziyyətlərinə müvafiq olaraq planlı şəkildə tibbi xidmətdən keçməlidirlər.

 

Hamilə qadınların COVID-19-a yoluxmasını müəyyən etmək üçün testdən keçməlidirlərmi?

Bütün başqa əhali kimi, hamilələr də milli protokola müvafiq olaraq testdən keçirlər.

 

 

 

COVID-19 virusu anadan bətnində olan uşağa və ya yeni dünyaya gəlmiş uşaqa keçə bilərmi?

Hal hazırda hamilə qadından hamiləlik zamanı və ya doğuş zamanı virusun bətndə olan və ya yeni dünyaya gəlmiş uşağa keçməsi təsdiq edən sübutlar mövcud deyil. Ancaq hazırki etapda virus amniotik maye və ana südü nümunələrində aşkar edilməyib.

 

Hamiləlik və doğuş zamanı hansı növ tibbi tədbirlər görülməlidir?

Bütün hamilə qadınlar, eyni zamanda koronavirusa yoluxmasına şübhə edilən və ya yoluxması təsdiq olunmuş qadınlar, hamiləlik və yataq dövrü zamanı yüksək keyfiyyətli tibbi xidmət almaq hüququndan yararlanırlar. Bura daxildir antenatal, prenatal, postnatal qayğı və psixiki sağlamlığın qayğısına qalmaq.

Hamiləlik zamanı yüksək keyfiyyətli tibbi xidmətin təklif olunması aşağıdakıları nəzərdə tutur:

·         Ləyaqətlə və hörmətlə davranış göstərməyi

·         Doğuş zamanı yanında olan şəxsi seçmək hüququnu

·         Tibbi heyyətlə yaxşı münasibət qurmağı

·         Ağrının idarə edilməsi standartlarının təmin edilməsini

·         Uşağın dünyaya gətirilməsi metodunun və uşağın doğum yerinin seçilməsi imkanının olmasını

Əgər COVID-19-a yoluxma təsdiq olunursa, bu halda tibb işçiləri təhlükəsizlik üçün ölçülər götürməlidirlər ki, özlərinin və başqalarının yoluxma riskini azaldsınlar.

 

COVID-19 virusuna yoluxması şübhə edilən və ya yoluxduğu sübut edilən hamilə qadınlara qeysəriyə əməliyyatı olunmaq lazımdırmı?

Yox, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələrinə əsasən qeysəriyə əməliyyatı sadəcə tibbi göstəricidən irəli gələrək edilə bilər.

Doğum metodu mamalıq həkiminin göstərişləri ilə birlikdə fərdi olaraq və qadının sağlamlıq vəziyyətinə uyğun olaraq seçilməlidir.

 

COVID-19-a yoluxmuş olan qadın uşağı döşü ilə qidalandıra bilərmi?

Bəli, COVID-19-a yoluxan qadın uşağı döşü ilə qidalandıra bilər. Onlar:

·         Şəxsi higiyenalarını qorumalıdırlar, vacib olan yerlərdə maska taxmalıdırlar

·         Uşağa toxunana qədər və toxunduqdan sonra əllərini yumalıdırlar

·         Toxunduqları yerləri mütamadi olaraq təmizləməlidirlər və dezinfeksiya etməlidirlər

 

COVID-19-a yoluxmuş olan ana yeni doğulan uşağa toxuna bilərmi və ya əlinə ala bilərmi?

Bəli. Yaxın münasibət və ilkin, ekskluziv doşlə uşağın qidalanması onun inkişaf etməsinə təkan verir. Siz aşağıdakıları təmin etməlisiniz (qorumalısınız):

·         Şəxsi higiyenanı qorumaqla təhllükəsiz olaraq  əmizdirmə

·         Yenidoğulmuşun dərisinin ananın dərisi ilə kontaktı

·         Yeni dünyaya gəlmiş uşaq sizin yaxınlığınızda olsun, eyni  otaqda

Körpəyə toxunmadən əvvəl və sonra əllərinizi yuyun. Toxunan səthləri mütamadi olaraq təmizləyin və dezinfeksiya edin.

 

COVID-19-a yoluxmuşam və özümü çox piss hiss edirəm, uşağı döşümlə qidalandırmağım üçün nə etməliyəm?

Ana südü yeni dünayaya gələn uşaqların əksəriyyəti üçün ən yaxşı qida hesab edilir. Belə ki, COVID-19 haqqında bizim üçün çox şey məlum deyil, ancaq ana ailə üzvləri və/ya ailə həkimi ilə razılaşaraq, onunla əlaqədə olaraq uşağı döşlə qidalandırmağa necə başlaya biləcəyini və ya qidalandırmağa necə davam edəcəyini müəyyən etməlidir.  COVID-19-a yoluxması sübut olunan və ya şübhə edilən ana təhlükəsizlik üçün xüsusi ölçülər götürməlidir ki, öz körpəsinə yoluxmasının qarşısını alsın, bu aşağıdakı ölçülərdır: uşağa toxunana qədər və uşağı döşlə qidalandırma zamanı maska taxmaq. Əgər uşağa süd sağılaraq içirdilirsə bu halda süd sağılmamışdan qabaq əl yuyulmalıdır; Əgər sağmaq üçün xüsusi alətdən istifadə edirsə bu halda həmin alət sağmadan öncə və sonra yaxşıca yuyulmalıdır. Əgər köməkçi kimsə varsa,bu halda sağılmış südlə uşağı qidalandırmağı ona tapşırsın.