Logo

Hamilələr üçün bələdçi

title

Perinatal servislərin həyata keçirilməsi yeni koronavirusdan (SARS-CoV-2) irəli gələn  yoluxmanın (COVID-19) yayılması zamanı

Bu gün üçün mövcud olan məumatlara əsasən hamilə qadınların COVID-19-a yoluxma yüksək risk altında olmasını məlum deyil. Ancaq hamiləlik zamanı qadınların orqanizmində vacib dəyişikliklər cərəyan edir, bu isə bəzi yoluxmalara qarşı riski yüksəldir, buna görə də onları koronavirus infeksiyasından qorumaq çox vacibdir.

 

Müvafiq olaraq epidemiya situasiyası müddətində, hərbir antenatal və prenatal xidmət təklif edən müəssisələr sonrakı tövsiyyələri nəzərə almalıdırlar:

 

a) Antenatal xidmət göstərən müəssisə, özündə qeydiyyatda olan hər bir hamilə qadınla əlaqə saxlayır (telefonla, internetlə və istənilən başqa uzaqdan münasibət qurma vasitəsi ilə) və onlara COVID-19 pandemiyası şərtləri altında təhlükəsizlik və tibb müəssisələrlə münasibət qaydaları barəsində məlumat verir;

 

b) Hamiləlik dövründə sərt tənəffüs simptomları (boğaz quruması, quru öksürək, yüksək temperatur, ishal və s.) olarsa, ilkin əlaqə ailə həkimi/doğuş həkimi-ginekoloqla telefon vasitəsi ilə saxlanılır, bu zaman xəstənin şikayətlərinə və eyni zamnda COVID-19-a yoluxmuş şəxslə munasibət qurmuş olması riskinə müvafiq (eyni zəməndə səfər tarixcəsi) olaraq  detallı anamnez toplanılır;

 

q) Əgər anamnezlə COVID-19-a yoluxmuş şəxlə münasibətdə olma riski istisna edilərsə, xəstənin vəziyyətinə və hamiləlik müddətinə müvafiq olaraq hamilə qadının idarə edilməsi (lazim gələr sə evində) antenatal xidmət göstərən doğuş həkimi-ginekoloqla münasibətdə olaraq ailə həkimi tərəfindən  idarə olunur;

 

d) Tibb müəssisəsinə hamilə qadının getməsi ilə bağlı sonrakı tövsiyələr nəzərə alınmalıdır:

 

       Həkimlə məsləhətləşmək üçün telefon və internet vasitələrindən istifadə olunmalıdır;

       Əgər vacib olarsa, müəssisəyə xəstənin gəlməsi elə vaxta təyin edilməlidir ki, o vaxt, orada başqa xəstə ilə münasibətdə olması tam istisna edilsin;

       Əlavə vizitlər maksimal dərəcədə məhdudlaşdırılmalıdır;

       Ambulatoriya qəbulu və məsləhətləri üçün elə kabinetlər seçilməlidir ki, bu kabinetlərin gözləmə yeri müəssisənin ümumi gözləmə yerindən ayrıca olmalıdır;

       əssisəyə gedən zaman hamilə qadın maska taxmalıdır və girməmişdən öncə əllərinin antiseptik/təmizləyici vasitə ilə təmizləməlidir;

       Tibbi xidmət göstərən hər bir şəxs cərrahiyə maskası taxmış olmalıdır və təhlükəsizlik qaydalarını sərt şəkildə qorumalıdır.

 

e) Hər bir hamilə qadın hansının ki, COVID-19-a yoluxması təsdiq edilib və ya ehtimal olunur (xəstəliyin ağırlığına və hamiləliyin müddətinə baxmayaraq) nazirin müvafiq əmrinə müvafiq olaraq perinatal xidmət təklif edən stasionar tibb müəssisəsinə hospitalizasiya olunmalıdırlar;

 

v) COVID-19 testinə nəticəsi mənfi olarsa, hamilə qadının hospitalizasiyası ilə bağlı qərar xəstəliyin ağırlığını və hamiləliyin müddətini nəzərə alaraq ailə həkimi və antenatal xidmət təklif edən tibb müəssisəsinin doğuş həkimi-ginekoloqu tərəfindən qəbul edilir;

 

z) Karantində/özünü təcriddə olan hamilə qadınlar tənəffüs simptomları olarsa (yüksək temperatur, öskürək, nəfəs darlığı və s.) nazirin müvafiq əmrinə əsasən xəstəliyin ağırlığına və hamiləliyin müddətinə baxmayaraq perinatal xidmət təklif edən stasionar tibb müəssisəsinə hospitalizasiya olunmalıdırlar.