Logo

Avropa İmmunizasiya Həftəsi Komunikasiya bələdçisi

title

Avropa İmmunizasiya Həftəsi

Komunikasiya bələdçisi

Dünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosu, Avropa İmmuniziasiya Həftəsini 2022-ci ilin 24-30 aprel tarixində qeyd edir. Gürcüstan 2007-ci ildən fəal olaraq İmmunizasiya həftəsində iştirak edir və müxtəlif növ geniş miqyaslı kommunikasiya tədbirləri həyata keçirir.

Avropa İmmunizasiya Həftəsinin (EIW) 2022-ci ilin mövzusu “Hər kəsə uzun ömr” adlanır. Qeyd edilən, vaksinlərə bərabər şəkildə əlçatanlığın vacibliyinin artırılması və hər kəs üçün uzun və sağlam həyatı təmin etmək məqsədini daşıyır.

Avropa İmmunizasiya Həftəsinin məqsədi insan sağlamlığı və rifahı üçün immunizasiyanın vacibliyinə dair cəmiyyətin bilgisini artırmaqdır. Həftəlik ərzində hər yaş qrupu və etnik mənşədən olan insanı vaksin ilə idarə oluna bilinən xəstəliklərdən müdafiə olunmasına və vaksinlərin tarixi roluna aksent edilir.

Artıq iki əsrdən çoxdur ki, vaksinasiya vasitəsi ilə yer kürəsi daha təhlükəsiz yer oldu – çiçək xəstəliyinə qarşı yaranan ilk vaksindən başlayaraq, COVID-19-un ağır hallarının qarşısını almaq üçün olan ən yeni mRNT vakisni də daxil olmaqla.

2022-ci il keçid dövrü vacibliyindədir, çünki bir çox çağırış aşkar oldu. COVID-19 pandemiyası şəraitində bəzi Avropa ölkələrində vaksinasiyanın politizasiyası baş verdi və uşaqların rutin vaksinasiya göstəriciləri azaldı. Ukraynada immunizasiya xidmətləri ləngidi. Mütləqdir ki, qaçqın uşaqlar üçün hər yerdə, onların yaşlarına müvafiq vaksinlər əlçatan olsun. Bu çağırışlar vaksinə universal əlçatma vacibliyini bir daha gücləndirir.

 

Gürcüstanda İmmunizasiya proqramı

Gürcüstanda İmmunizasiya dövlət proqramının əsası 1996-ci ildə yarandı. Proqramın məqsədi, qlobal və regional məqsədlərə müvafiq olaraq yüksək keyfiyyətli xidmət vermək yolu ilə ölkənin əhalisini vaksin ilə idarə olunan infeksiyalardan qorumaq üçün peyvəndlə əhatənin müvafiq göstəricisinə çatmaqdır.

0-18 yaşlı əhalinin 13 infeksiyaya qarşı peyvənd edilməsi dövlət tərəfindən həyata keçirilir - vərəm, difteriya, göy öskürək, tetanus, poliomielit, qulaqdibi xəstəliyi və ya parotid, qızılca, məxmərək, hepatit B, rotavirus infeksiyası, insan papillomavirusu, pnevmokok infeksiyası və hemofilus influenza tip B-yə qarşı vaksinasiyanı 9 vaksin vasitəsi ilə - BCG, HepB, DPT-Hib-HepB, IPV, DPaT/IPV, Td, MMR,  Rota,  PCV, HPV edilir. Vaksinasiya üçün WHO, EMA, FDA tərəfindən rekomendasiya olunmuş və tanınmış vaksinlər istifadə olunur. Bu isə yüksək effektlilik və təhlükəsizlik zəmanətidir. Proqrama daxil olan vaksinlər əhali üçün pulsuzdur. Vaksinasiyanın dəyərini immunizasiya proqramı çərçivəsində tam olaraq dövlət ödəyir. Dövlət eyni prinsiplərə riayət etməklə ölkə əhalisini qrip, quduzluq, sarı qızdırma və COVID-19-a qarşı vaksinlər, bəzi xəstəliklər, vəziyyətlər üçün profilaktik və ya müalicəvi bioaktiv dərmanlarla təmin edir.

İmmunizasiya proqramının əldə etdikləri:

·         2002 – Gürcüstan vəhşi poliomielit virusundan azad ərazi kimi sertifikasiya edildi;

·         Son 10 il ərzində immunizasiya təqvimində 5 yeni vaksin tətbiq edildi və milli təqvim demək olar ki, inkişaf etmiş ölkələrin peyvənd təqviminə tam olaraq yaxınlaşdı;

·         İmmunizasiya dövlət proqramının büdcəsi davamlı və artandır. Proqram tam olaraq dövlət tərəfindən maliyyələşir;

·         2002-ci ildən ölkədə B hepatitə qarşı vaksinasiyanın universal təqvimi mövcuddur – bir yaşına qədər olan uşaqların dörd dəfəli vaksinasiyası, hamilələrin HBsAg üzrə skrininq edilməsi və müsbət nəticə halında yeni doğulanların HepB mono vaksini və imunoqlobin ilə peyvənd olunması;

·         2013-cü ildən dövlət programı çərçivəsində mövsüm qripinə qarşı, əvvəlcədən seçilmiş risk qruplarda vaksinasiya həyata keçirilir;

·         Rutin vaksinasiya ilə birgə immunizasiya proqramı çərçəvəsində, həmçinin difteriya, botulizm, quduzluq, tetanus, sarı qızdırma, ilan sancmasının profilaktikası və müalicəsi həyata keçirilir;

·         2019-cu ildə ölkədə ixtisas qrupunun məcburi peyvənd təqvimi qüvvəyə mindi;

·         2020-ci ildə Gürcüstan qızılca virusundan azad ölkə elan edildi;

·         2021-ci ildən xroniki xəstəlikləri olan, 65 və daha yaşlı, gündəlik xüsusi müəssisələrin benefisiarları olan şəxslərin pnevmokok infeksiyasına qarşı vaksinasiyası həyata keçirilir;

·         Gürcüstanda immunizasiya dövlət proqramının köməyi ilə 10-12 yaşında 32000 nəfər qız İPV vaksinasiyası olundu;

·         2022-ci il dövlət proqramı çərçəvəsində insan papiloma virusuna qarşı 13-18 yaş qrupunda olan qızların vaksinasiyasının keçirilməsinə başlanıldı.

 

 

Dəstək verən təşkilatlar və partnyorlar

Sadalanan partnyor təşkilatlar immunizasiya proqramına vacib dəstək verirdilər və verirlər – WHO, UNICEF, GAVI, USAID, CDC, WB, RVF, Sabin Vaccine Institute, JICA, MSF, CIF.

 

Gürcüstanda COVID-19-a qarşı vaksinasiya   

Epidemiyanın başlamasının bir ilində alimlər COVID-19-a qarşı vaksinin hazırlanmasını təmin etdilər. Hazırda virus ilə mübarizənin əsas yolu peyvəndlərdən keçir. Dünyada mövcud elmi dəlillərə əsasən COVID-19-a qarşı vaksinasiya digər prevensiya tədbirlərini müdafiə etməklə yanaşı, virusla mübarizənin ən vacib vasitəsidir və o pandemiyanın, öhdəsindən gəlmə üçün xeyiri mümkün ola biləcək risklərdən daha çox olan silahıdır.

Dünya Səhiyyə Təşkilatı tərəfindən hədəf indikatoru işlənib hazırlanıb. Ona müvafiq olaraq qlobal şəkildə bütün ölkə 2022-ci ilin ilk yarısında əhalinin minium 70%-nin peyvənd olunmasını bacarmalıdır ki, pandemiyanın idarəsi yeni pilləyə keçsin və mərhələli şəkildə onun endemik infeksiyası kimi tanınması baş versin.

Elmi dəlillər təsdiq edir ki, COVID-19 ilə yaranan ağır xəstəliyin hospitalizasiya və ölüm hadisəsinin aradan qaldırıması üçün buster doza ilə peyvənd olunma vacibdir. Xüsusilə də yüksək risk qruplarında, yaşlı və xroniki xəstəlikləri olan şəxslərdə.